Türkiyə klubunda yeni baş məşqçi
17.02.2026 , 11:00
Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi komandanın sükanını Levent Şahinə həvalə edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Hal-hazırda “Gənclərbirliyi” Super Liqada 23 xalla 11-ci pillədə qərarlaşıb.