Türkiyə klubunda yeni baş məşqçi
14.01.2026 , 13:30
Türkiyənin “Eyüpspor” klubunun yeni baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Atila Gerin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 57 yaşlı məşqçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
“Eyüpspor” bir neçə gün öncə baş məşqçi Orhan Akını istefaya göndərmişdi.