Türkiyə klubunda daha bir ayrılıq
09.01.2026 , 12:00
“Beşiktaş” norveçli müdafiəçi Yonas Svensson müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı sağ cinah müdafiəçisi karyerasını Norveçin “Ruzenborq” klubunda davam etdirəcək. O, yeni klubu ilə 2027-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, bu mövsüm Svensson “Beşiktaş”ın heyətində 10 oyunda forma geyinərək 2 məhsuldar ötürmə edib.