Türkiyə klubunda ciddi itkilər
09.12.2024 , 17:37
“Qalatasaray” ciddi itkilərlə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul nəhənginin futbolçuları – Barış Alper Yılmaz və Viktor Osimhen zədələniblər.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu Super Liqanın 16-cı turunda “Sisvasspor”la keçirilən matçda (3:2) sıradan çıxıb.
Klubun yaydığı xəbərdə, Barış Alperin 3 həftə, Osimhenin isə 2 həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.