Türkiyə klubunda baş məşqçi ayrılığı
10.03.2025 , 23:30
“Trabzonspor” baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 72 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Şenol Günəş ötən ildən Türkiyə klubunu çalışdırırdı.