Türkiyə klubunda baş məşqçi ayrılığı
24.12.2024 , 21:30
“Hatayspor” baş məşqçisi Rıza Çalımbay ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rıza Çalımbay bu ilin sentyabrından “Hatayspor”a rəhbərlik edirdi.