Türkiyə klubunda baş məşqçi ayrılığı
26.12.2023 , 12:50

Türkiyə I Liqasında mübarizə aparan “Giresunspor”da ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, klub baş məşqçi Mehmet Birinci ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yayılan məlumatda, tərəflərin qarşılıqlı razılaşma əsasında yollarını ayırdığı diqqətə çatdırılıb.
