Türkiyə klubunda baş məşqçi ayrılığı
05.01.2026 , 10:00
“Eyüpspor”da baş məşqçi dəyişikliyi baş verib.
Korner.az xəbər verir ki, İstanbul klubu Orhan Akla əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Klubun rəsmi məlumatında bildirilib ki, tərəflər arasında aparılan danışıqlardan sonra müqavilə qarşılıqlı razılıq əsasında dayandırılıb. Açıqlamada 46 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.
Selçuk Şahinin istefasından sonra komandanın başına keçən Orhan Ak “Eyüpspor”u 11 oyunda meydana çıxarıb. Bu qarşılaşmalarda komanda 3 qələbə qazanıb, 2 dəfə xal bölüşüb və 6 oyunda məğlub olub.