Türkiyə klubu yeni transferini rəsmən açıqladı
23.01.2025 , 14:20

“Fənərbağça” yeni transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”dan Dieqo Karlosu heyətinə cəlb edib.
Klubun yaydığı açıqlamada, 31 yaşlı mərkəz müdafiəçisi ilə 3.5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
