Türkiyə klubu yeni baş məşqçinin təyinatını nə vaxt açıqlayacaq?
02.06.2025 , 15:36

“Kocaelispor” yeni baş məşqçinin təyinatını sabah açıqlayacaq.
Korner.az xəbər verir ki, komanda Selçuk İnanla razılığa gəlib.
Mütəxəssislə sabah rəsmi müqaviləyə imza atılacaq.
Xatırladaq ki, klub mayın 12-də İsmet Taşdemirlə yollarını ayırmışdı.
