Türkiyə klubunda yeni baş məşqçi
08.07.2024 , 19:25

“Adana Demirspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Mihail Valkanis çalışdıracaq.
Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Avstraliyalı mütəxəssislə 1+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
