Türkiyə klubu Xorvatiyadan futbolçu gətirir
22.05.2023 , 12:58

“Trabzonspor” baş məşqçisi Nenad Byelitsanın istəyi ilə ilk transferini etməyə hazırlaşır.
Korner.az xəbər verir ki, Super Liqa klubu Zaqreb “Dinamo”sundan Bruno Petkoviçi heyətinə qatmaq istəyir.
Xorvatiya klubu bu keçid üçün 5 milyon avro tələb edir. Futbolçunun “Dinamo” ilə 1 illik müqaviləsi olduğundan “Trabzonspor” qarşı tərəfə icarə üçün 1,5 milyon abro təklif edir.
