Türkiyənin “Qaziantep BB” klubu Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovla yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, Antep təmsilçisi Vaqiflə 2016-cı ilin iyun ayına qədər qüvvədə olan müqaviləni ləğv edib.
Qeyd edək ki, mövsümün əvvəlindən “Qaziantep BB”da çıxış edən 25 yaşlı futbolçu keçirdiyi 21 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
