Türkiyə klubu ulduz futbolçu transfer edir
24.04.2025 , 14:30

“Fənərbağça” yeni mövsümdə heyətini ulduz oyunçularla gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin transfer siyasında “Liverpul”un futbolçusu Federiko Kyeza yer alıb.
Joze Mourinyo 27 yaşlı futbolçunun transferi ilə özü şəxsən maraqlanır.
İtaliyalı ulduz oyunçu “Fənərbağça”dan gələn təklifi dəyərləndirməyi düşünür.
Bu mövsüm Federiko Kyeza bütün turnirlərdə 12 matçda iştirak edib. O, bu oyunlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
