Türkiyə klubu ukraynalı oyunçu gətirir
07.02.2025 , 23:30

“Trabzonspor” növbəti transferi üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Şaxtyor”un 24 yaşlı yarımmüdafiəçisi Artyom Bondarenkonu heyətinə cəlb etmək istəyir.
Donetsk klubu ukraynalı futbolçunu on milyon avroya buraxmağa hazırdır.
Tərəflər arasında yaxın zamanda danışıqların baş tutacağı gözlənilir.
