Türkiyə klubu makedoniyalı futbolçunu göndərdi – Rəsmi
15.01.2025 , 17:35

Türkiyənin “Trabzonspor” klubu Enis Bardi ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şimali makedoniyalı futbolçu ilə mövsümün sonunda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
