Türkiyə klubu mərc oyunlarında iştirak edən futbolçularla yollarını ayırdı
13.11.2025 , 23:00
Türkiyənin I Liqa təmsilçisi “Amedspor” mərc oyunlarında iştirak etdiyi üçün cəzalanan üzvləri ilə bağlı qərarını açıqlayıb.
Korner.az xəbər verir ki, klub rəhbərliyi 5 futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edib.
Peşəkar Futbol İntizam Komitəsinin qərarına görə, “Amedspor”un oyunçularından Oktay Aydın 12 ay, Uğur Adem Gezer 6 ay, Arda Kemal Gülmez 45 gün, Bartu Kaya 45 gün və Alberk Koç 45 gün futboldan kənarlaşdırılmışdı.