Türkiyə klubu La Liqadan futbolçu transfer edir
28.04.2023 , 15:32
“Qalatasaray” bu dəfə gözünü İspaniyaya dikib.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” Elçe”də çıxış edən Ezekyeli hədəfləyib.
26 yaşlı argentinalı hücumçunu heyətinə qatmaq istəyən klub mövsümün sonunda rəsmi təşəbbüslərə başlayacaq.
Ezekyel Ponce “Elçe”nin aşağı liqaya düşəcəyi təqdirdə komandanı tərk etməyə hazırdır.
26 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ildə başa çatacaq. Bu mövsüm 32 rəsmi oyuna çıxan Ponse 5 qol vurub, 1 məhsuldar ötürmə edib.