Türkiyə klubu İtaliyadan futbolçu transfer edir
24.06.2024 , 11:50

“Fənərbağça” üçün yeni transfer iddiası gündəmə gəlib.
Korner.az xəbər verir ki, İstanbul klubunun “Udineze”də çıxış edən Lazar Samardziç ilə yaxından maraqlandığı bildirilir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Udineze” 22 yaşlı serbiyalı futbolçu üçün 25 milyon avro tələb edir.
Hazırda bazar dəyəri 20 milyon avro olan futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Ötən mövsüm “Udineze”nin heyətində 34 matçda iştirak edən Samardziç 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mina Musayeva
