Türkiyə klubu İtaliyadan futbolçu transfer edir
13.01.2025 , 13:55

“Fənərbağça” Patrik Dorqu üçün yenidən “Leççe” ilə əlaqəyə keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı müdafiəçini komandasında görmək istəyir.
Super Liqa klubunun baş məşqçisi Mourinyo da Dorqunun transferinə müsbət baxır.
Türkiyə nəhəngindən başqa futbolçunun xidmətində “Mançester Yunayted” və “Napoli” də maraqlıdır.
“Leççe” müqaviləsi 2029-cu ildə bitəcək Dorqu üçün 20 milyon avroluq transfer haqqı tələb edir.
Futbolçu bu mövsüm İtaliya klubunun heyətində 21 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
