Türkiyə klubu Cenklə davam edəcək
08.07.2024 , 13:43

“Beşiktaş” futbolçusu Cenk Tosunla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, daha əvvəl Salih Uçanla yeni müqavilə imzalayan klub, Cenklə də masa arxasında əyləşəcək.
Həm klub rəhbərliyi, həm də hücumçunun özü yeni sözləşməyə müsbət yanaşır.
Tərəflər arasında yaxın zamanda yeni müqavilənin imzalanacağı gözlənilir.
Cenk ötən mövsüm ümumilikdə 46 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mina Musayeva
