Türkiyə klubu çempionatdan çəkildi
07.02.2020 , 19:58

“Elazığspor” klubu zəlzələyə görə II Liqadan çəkilmək üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.
Korner.az xəbər verir ki, əyalət təmsilçisinin istəyi qəbul olunub.
Xatırladaq ki, yanvarın sonlarında Elazığda 6,8 bal gücündə zəlzələ baş vermişdi.
