Türkiyə klubu baş məşqçisini istefaya göndərdi
12.11.2022 , 13:29

“Kasımpaşa”nın baş məşqçisi Şenol Can istefaya göndərilib.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz nəticələri səbəb olub.
Sözügedən kollektiv hazırda 15 xalla 19 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
