Türkiyə klubu baş məşqçisini göndərdi
16.09.2024 , 13:55
“Ankaragücü” baş məşqçisi Cihat Arslan ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov da “Ankaragücü”ndə çıxış edir.