Türkiyə klubu “Atletiko” hücumçusunu hədəfləyib
24.11.2025 , 20:00
“Fənərbağça” Sörlötün transferini reallaşdırmaq istəyir
Korner.az xəbər verir ki, Türkiyə klubu hücum gücünü artırmaq üçün “Atletiko Madrid”in norveçli hücumçusu Aleksandr Sörlötü heyətinə qatmaq niyyətindədir.
İspaniya klubu futbolçunun qiymətini 30-35 milyon avro civarında müəyyən edib. Məlumatı jurnalist Yağız Sabuncuoğlu yayıb.
29 yaşlı Sörlöt son mövsümdə La Liqada “Atletiko”nun əsas oyunçularından biri kimi çıxış edib. Onun fiziki hazırlığı, hava toplarındakı üstünlüyü və qapıya bitirici vuruşları Avropanın bir çox klubunun marağına səbəb olub. Futbolçunun özü “Fənərbağça”ya keçmək fikrindədir və buna görə də transfer prosesinin yaxın günlərdə sürətlənəcəyi gözlənilir.
Bu mövsüm Sörlöt 16 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə fərqlənib.