Türkiyə klublarından Azərbaycan xalqına təbrik
19.10.2018 , 10:28

Türkiyənin böyük klubları Azərbaycan xalqını 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə təbrik ediblər.
“Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”, “Trabzonspor”, “Başakşəhər”, “Bursaspor”, “Konyaspor”, “Ankaragücü”, “Sivasspor”, “Rizəspor” klubları da bayramla əlaqədar öz sosial şəbəkə hesablarında təbrik paylaşımı edib.
Azərbaycan və Türkiyənin bayraqlarını paylaşan Super Liqa təmsilçiləri təbrik sözlərini qeyd ediblər.
