Bu gecə Türkiyə kubokunun final matçının ardınca qardaş öıkə klublarının avrokuboklara hansı mərhələdən qatılacaqları dəqiqləşib.
Korner.az-ın məlumatına görə, “Qalatasaray” Çempionlar Liqasına birbaşa qrup mərhələsindən qoşulacaq.
“Sarı-qırmızılılar” püşkatmaya 3-cü səbətdən girəcək.
“Fənərbağça” da Çempionlar Liqasında oynayacaq. “Sarı-lacivərdlilər” qrup mərhələsinə yüksəlmək üçün iki mərhələni dəf etməli olacaq.
Türkiyə kubokunu alan “Fənər”in ÇL-ə qatılması səbəbiylə Avropa Liqasına vəsiqə qazanan “Trabzonspor” qrup mərhələsinədək 3 mərhələ adlamalıdı.
Superliqanı 3-cü pillədə başa vuran “Beşiktaş” Avropa Liqasında 1, “Bursaspor” isə 2 seçmə mərhələ oyunu oynayacaq.