Türkiyə AVRO-2020-də, İngiltərədən darmadağın
15.11.2019 , 01:56

Bu gün AVRO-2020-nin seçmə mərhələsində IX tura start verilib.
Korner.az xəbər verir ki, A, B və H qruplarında 7 matç baş tutub.
Türkiyə millisi İslandiyanı qəbul edib. Oyun qolsuz heç-heçə ilə bitsə də, “Ay-ulduzlular” final mərhələsinə vəsiqəni təmin edib.
A qrupunda Çexiya və İngiltərə, H qrupunda isə Fransa final mərhələsinə yüksəlib.
AVRO-2020
Seçmə mərhələ, IX tur
14 noyabr
A Qrupu
23:45. İngiltərə – Monteneqro – 7:0
23:45. Çexiya – Kosovo – 2:1
B qrupu
23:45. Serbiya – Lüksemburq – 3:2
23:45. Portuqaliya – Litva – 6:0
H qrupu
21:00. Türkiyə – İslandiya – 0:0
23:45. Fransa – Moldova – 2:1
23:45. Albaniya – Andorra – 2:2
