Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu Ediz Bahtiyaroğlu vəfat edib. Korner.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, 26 yaşlı Bosniya və Herseqovina milli komandasının üzvü evində ölü tapılıb.
Futbolçunun ürəy tutmasından öldüyü bildirilir. Yığmamızın üzvü Uufuk Budakı komandayoldaşı olan Bahtiyaroğlunun vəfatı səbəbi ilə klub rəsmi saytında azarkeşlərə, onun doğmalarına, bütün futbolsevərlərə başsağlığı verib.
Karyerası ərzində “Ankaraspor”, “Ankaragücü”, “Bucaspor”da da oynamış mərkəz müdafiəçisi bu ilin əvvəlindən “Əskişəhərspor”da çıxış edirdi.
