Türkiyə Futbol Federasiyasının yeni prezidenti
18.07.2024 , 21:11

Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.
Korner.az xəbər verir ki, namizədlərdən İbrahim Hacıosmanoğlu 134 səs toplayaraq federasiyanın yeni prezidenti seçilib.
O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.
