Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyinə namizədlər müəyyənləşib.
Korner.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, bu vəzifə uğrunda yeddi şəxs yarışacaq.
Bunlar hazırkı prezident Yıldırım Dəmirörən, Bülənt Gürkut, Ayhan Sağaltçı, Ümit Sarıkaya, Haluk Ulusoy, Duygun Yarsuvat və Adil Yazıcıoğludur.
