Türkiyənin futzal üzrə milli komandası Ermənistan yığmasıyla qarşılaşıb.
Korner.az anspress-ə istinadən xəbər verir ki, Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatı çərçivəsində baş tutan matçda türklər rəqib komandanı 7-3 hesabı ilə məğlub ediblər.
Matçda Ermənistanın qollarını Saro Mardanyan (7), Sarkis Nasibyan (34), Qriqor Kapukranyan (38) Türkiyə millisinin qollarını isə Kenan Köseoğlu (19), Yasin Erdal (24, 25), Sercan (31, 35, 36) və Servet Yazqan (32) vurublar.
Qrupda oynanan digər qarşılaşmada isə Xorvatiya Slovakyanı 3-2 məğlub edib və qrupda liderliyə yüksəlib. Slovakiya qrupu 2-ci, Türkiyə isə 3-cü sırada tamamlayıb və turnirə vida edib.
