Türkiyə və Gürcüstan 1/8 finalda!
27.06.2024 , 00:59

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün qrup mərhələsinin oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, E və F qruplarında keçiriləcək III turun son görüşlərindən sonra bütün 1/8 finalçılar bəlli olub.
Slovakiya və Rumniya ilə, Belçika isə Ukrayna ilə heç-heçə oynayıb. Belədə, 2-ci turdan sonrakı status-kvo dəyişməyib və bütün komandalar qrupu 4 xalla bitiriblər. Belədə, əlavə göstəricilərə görə sonuncu pillədə qərarlaşan Ukrayna mübarizəni dayandırıb.
F qrupuna gəlincə, Hamburq şəhərində Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətiriblər. “Ay- ulduzlular” 20-ci dəqiqədən azlıqda oynayan çexləri 2:1 hesabı ilə yenərək qrup ikincisi kimi 1/8 finala yüksəliblər.
Bu qrupun paralel keçirilən digər görüşündə isə Gürcüstan Portuqaliya üzərində inamlı qələbə qazanaraq xal hesabını 4-ə çatdırıb və ən yaxşı qrup üçüncülərindən biri qismində tarixində ilk dəfə qatıldığı AÇ-nin 1/8 finalına çıxıb.
AÇ-2024
III tur
26 iyun
E qrupu
20:00. Slovakiya – Rumıniya – 1:1
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
20:00. Ukrayna – Belçika – 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, “MHP Arena”.
F qrupu
23:00. Çexiya – Türkiyə – 1:2
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion”.
23:00. Gürcüstan – Portuqaliya – 2:0
Baş hakim: Sandro Şörer (İsveçrə).
Helzenkirhen, “Feltins Arena”.
