Futbol

Türkiyə çempionu kim olacaq? “Qalatasaray” yoxsa “Başakşehir”

19.05.2019 , 10:45

Türkiyə çempionatında 33-cü turun görüşləri davam edir.

Bu tur eyni zamanda çempionun müəyyən olması ilə də yadda qala bilər. “Türk Telekom Arena”da “Qalatasaray” “Başakşehir” klubunu qəbul edəcək. “Cimbom” qalib gələcəyi halda sona 1 tur qalmış çempionluğunu elan edəcək. Lakin “Başakşehir” klubu qalib gəlsə, onlar sonuncu tura daha avantajlı daxil olacaqlar.

Qeyd edək ki, bu klublar arasındakı ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.

Son yazılar

Yuxarı