Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç Türkiyə yığması haqda maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən veteran futbolçu deyib:
“Restoran işlədən italiyalı dostum mənə Türkiyənin “Avro-2016”nın qalibi olacağını dedi. Mən isə ona bildirdim ki, Türkiyə çempion olarsa, sənə ofisiantlıq edəcəm”.
Bizim üçün çox önəmli matç olacaq. Futbolçularımızın bu oyuna yaxşı motivasiya olduqlarını düşünürəm. 2008-ci ildəki məğlubiyyətin əvəzini çıxmalıyıq”.
