UEFA sərt üzünü Türkiyə klublarına göstərməkdə davam edir. Korner.az-ın məlumatına görə, qardaş ölkənin daha iki klubu avrokuboklardan kənarlaşdırılıb. Bunlar "Bursaspor" və "Qaziantepspor"du.
UEFA İntizam Komitəsinin qərarı ilə hər iki klub bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb və 200 min avro məbləğində cərimələnib.
Hər iki klubun cəzlanmasına səbəb UEFA-nın maliyyə ilə bağlı lizensiyalaşdırma şərtlərinə əməl etməməsi və müxtəlif qurumlara borcu olması səbəb olub.
