Türkiyə – Azərbaycan oyununun başlama saatı açıqlandı
05.05.2021 , 16:06

Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.
Korner.az xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Canni De Byazinin başçılıq etdiyi kollektiv “ay-ulduzlular”la qarşılaşmadan sonra – iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişinyovda Moldova yığması ilə üz-üzə gələcək.
