Türkiyə – Azərbaycan oyunu bu şəhərdə keçiriləcək
19.02.2020 , 20:54

Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb.
Korner.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 26-da qarşılaşacaq. Qarşılaşma Alanyadakı Oba stadionunda keçiriləcək.
Oyunun saatı ilə bağlı əlavə məlumat veriləcək.
