Türkiyə 1/4 finalda!
03.07.2024 , 00:53

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Allianz Arena”da Rumıniya Niderlandla qarşılaşıb. Bu görüş Niderland millisinin 3:0 hesablı qələbəsi ilə bitib.
Digər oyunda isə Türkiyə millisi Avstriya ilə üz-üzə gəlib. Oyun Türkiyənin 2:0 hesablı qələbəsi ilə bitib. Bununla da türklər adını 1/4 finala yazdırıb.
Avro-2024, 1/8 final
20:00. Rumıniya – Niderland – 0:3
Baş hakim: Feliks Zvayer (Almaniya)
“Allianz Arena”
23:00. Avstriya – Türkiyə – 1:2
Qol: Merih Demiral, 1, 60, Mixail Qriqoriç, 67
Baş hakim: Artur Diaş (Portuqaliya)
“Red Bull Arena”
