Türkiyə Avropa çempionu oldu
04.09.2023 , 10:08
Qadın voleybolçular arasında Avropa çempionatı başa çatıb.
Belçikanın paytaxtı Brüsseldə baş tutan final oyununda Türkiyə və Serbiya milli komandaları qarşılaşıb.
Gərgin keçən matçın taleyi 5 setdə həll olunub. Oyunun gedişində iki dəfə setlərin hesabına geri düşən “ay-ulduzlular” yekunda tay-brekdə qalib gəlməyi bacarıb – 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13).
Bununla da Türkiyə yığması tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. 2003 və 2019-cu illərdə finalda uduzan qardaş ölkə təmsilçisi 3-cü dəfə yüksəldiyi həlledici qarşılaşmada qalib gəlib.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Hollandiya İtaliyanı məğlubiyyətə uğradıb – 3:0 (25:23, 28:26, 25:20).