“Borussiya” – “Hanover” görüşündə komandaların türk və erməni oyunçuları arasında insident yaşanıb.
Korner.az-ın məlumatına görə, oyun epizodu zamanı meydan sahiblərinin erməni futbolçusu Henrik Miktariyan və türk Ceyhun Gülsalam arasında gərgin anlar yaşanıb.
Oyunçular və hakimin onlara müdaxiləsindən sonra tərəflər arasında mübahisə səngiyib.
Matçın hakimi Miktariyan və Gülsalamı sarı vərəqə ilə cəzalandırıb. Oyunun sonunda isə türk futbolçuya qırmızı vərəqə göstərilib.
