İspaniyanın “Barselona” klubu “Nike” və “Katar Airways”-dən sonra üçüncü sponsor anlaşmasına imza atıb.
Korner.az-ın məlumatına görə, katalonların yeni sponsoru Türkiyənin “Beko” şirkətidir.
İyulun 1-dən qüvvəyə minəcək 4 illik anlaşmaya əsasən, “Barselona”nın futbol və basketbol komandalarının formalarının qol hissəsində “Beko” yazısı olacaq. Bu yazı eyni zamanda sözügedən komandaların məşq formalarının arxasında da yazılacaq.
Qeyd edək ki, bu, “Barsa”nın türk şirkətləri ilə ilk sövdələşməsi deyil. Bundan əvvəl “Turkish Airlines” də Kataloniya təmsilçisinin sponsoru olmuşdu.
