Türkiyənin “Trabzonspor” klubu hazırda icarə əsasında “Qarabağ”da çıxış edən futbolçusu Ramil Şeydayevi sata bilər. Bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan millisinin gənc hücumçusu istənilən səviyyədə çıxış çıxış etmir və klub onun oyunundan narazıdı. Hətta “Trabzonspor”a qoyulan transfer qadağası da Ramilin orda qalmasına kömək etməyəcək. Klub onu yayda birdəfəlik satacaq.
Yazıda həmçinin qeyd olunub ki, “Qarabağ” Şeydayevi almaqda maraqlıdı.
