Türkiyə Superliqa təmsilçisi “Gənclərbirliyi”nin yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi vəzifəsinə Yılmaz Vural gətirilib.
62 yaşlı mütəxəssislə bu gün rəsmi müqavilə imzalanacaq. İki gün öncə klubun prezidenti İlham Cavcav baş məşqçi təyin etdiyi Fuat Çapanı bir neçə saatdan sonra qovub.
