Milli komandamızın üzvü Ufuk Budak Türkiyədə növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, onun çıxış etdiyi “Eskişəhərspor”un əvəzedici komandası A2 liqasında “Bandırmaspor”un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Meydana start heyətində çıxan Ufuk zədə alıb və 35-ci dəqiqədə Fatih Ceylan tərəfindən əvəzlənib.
