"Orduspor"un argentinalı baş məşqçi Ektor Kuperin xələfi bəlli olub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Sivasspor"a məğlubiyyətdən sonra istefa verən argentinalı çalışdırıcını Ünal Karaman əvəzləyib.
Karamanla ilyarımlıq müqavilə imzalanıb. O, əvvəllər "Konyaspor" və "Ankaragücü"nün baş məşqçisi olub. "Orduspor"a gələnədək "Trabzonspor"da baş məşqçi köməkçisi idi.
