Türk klubu Emil Balayevi istəyir – 600 min avroya!
27.06.2018 , 09:58

Emil Balayev yenidən legioner həyatı yaşaya bilər. “Səbail”in qolkiperi Türkiyə klubunun maraq dairəsinə düşüb.
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin transferindən imtina edən “Ərzurumspor” indi də Balayevə “elçi düşüb”. Ərzurumlular bütün mövqeləri gücləndirmək niyyətindədi. Rəhbərliyin çərçivə üçün düşündüyü sima isə millimizin üzvüdü.
Türklərin “Azəri Buffon” ləqəbi ilə təqdim etdikləri Emilin transfer qiyməti də “Ərzurumspor”u qane edir. Belə ki, 24 yaşlı qolkiperin 500-600 min avro müqabilində transferinin mümkünlüyü vurğulanıb. Həmkarlarımız Balayevin “Səbail”dən ayrılmaq qərarına gəldiyini, bu üzdən keçidin daha ucuz qiymətə baş tutma ehtimalının olduğunu yazıblar. Xəbərdə onunla İtaliya klublarının maraqlandığı da yer alıb.
