21 yaşadək fuitbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının Serbiya – İngiltərə qarşılaşmasının sonlarında qalmaqal yaşanıb.
Korner.az-ın məlumatına görə, türkiyəli hakim Hüseyn Göçekin idarə etdiyi görüşün son dəqiqələrində ingilislərin vurduğu qol yerli azarkeşləri özündən çıxarıb.
Fanatlar qoldan sonra meydana kənar əşyalar atmaqla yanaşı, meymun səsləri çıxarmaqla irqçi hərəkətlər ediblər.
