Türk futbolçu La Liqa klubunun hədəfində
26.03.2024 , 22:58

“Rizəspor”un müdafiəçisi Emirhan Topçu Avropa klublarının transfer hədəfinə keçib.
Korner.az xəbər verir ki, futbolçu ilə “Xetafe” maraqlanır.
Bu barədə AS məlumat yayıb.
Xəbərdə, “Xetafe”nin müdafiəçi üçün “Çaykur Rizəspor”a rəsmi təklif etdiyi vurğulanıb.
La Liqa klubu futbolçu ilə 3 illik müqavilə bağlamaq fikrindədir.
Bu mövsüm liqada 27 matça çıxan Emirhan Topçu 2414 dəqiqə meydanda olub. 23 yaşlı futbolçunun 2 məhsuldar ötürməsi də var.
