İstanbulun “Fənərbaxça” klubunun ulduz futbolçularından biri olan Caner Erkin
bu mövsüm sonunda klubundan ayrılacaq.
Korner.az-ın məlumatına görə, türkiyəli futbolçunun dünyanın ən güclü klublarından olan
“Bavariya”ya keçəcəyi deyilir. Bu vaxta
qədər Canerlə “Arsenal”, “Liverpul”, “Roma” kimi klubların maraqlnamasına
baxmayaraq, futbolçu “Fənərbaxça”dan ayrılmaq niyyətində deyildi. Ancaq Canerin
“Bavariya” ilə danışıqlar apardığını və 5 illik müqavilə bağlamağa hazırlaşdığı
iddia olunur.